Onlayn ictimai-siyasi qəzet
"Meyxanaçı Namiq Qaraçuxurlunun vaxtında təklif etdiyi mahnını oxumadım, böyük səhv etdim. Amma indi onun bir mahnısını oxumaq istərdim".
Bu sözləri müğənni İradə İbrahimova "Afaqla onlar" verilişində deyib.
O, bunun səbəbini belə izah edib:
"Meyxananı özümlə birləşdirə bilmədim. Ona görə yox dedim. Amma sonradan böyük səhv etdiyimi başa düşdüm. Könül Kərimova ilə ifa etdiyi "Cavanlıq səhvi" mahnısını ilk mənimlə duet oxumağı təklif etmişdi. Mən belə səhvləri çox etmişəm". (Axşam.az)
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ