Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyə 1-ci Liqasında 34-cü tura start verilib.
Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun da çıxış etdiyi “Bursaspor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb.
Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu məhz 30-cu dəqiqədə millimizin üzvü vurub. Namiq 55-ci dəqiqədə isə penaltini qola çevirə bilməyib. Start heyətdə meydana daxil olan 27 yaşlı oyunçu 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ələsgərov “Bursaspor”da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən yaxşı oyunçusudur.
23 aprel
21:30. “Bursaspor” - “Dənizlispor” - 1:0
Qol: Namiq Ələsgərov, 30
Qırmızı vərəqə: Aisaarti, 77 (“Dənizlispor”)//Oxu.az
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ