İnsanlara hürriyət, millətlərə istiqlal!

Namibiyada dabaq xəstəliyi kəskin artıb

Namibiyanın şimal-şərqində dabaq xəstəliyinin kəskin artımı qeydə alınıb.

Musavat.com “report”a istinadən xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi ölkənin baş baytar həkimi Albertina Şilonqoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bütün Zambezi rayonunun ərazisi infeksiya zonası elan edilib. Orada cütdırnaqlı heyvanların hərəkətinə müvəqqəti qadağa tətbiq edilib. A.Şilonqo gələn həftə mal-qaranın peyvəndlənməsinı başlanacağını açıqlayıb.

Dabaq xəstəliyi iri və xırdabuynuzlu mal-qara, camış, at və donuzlara təsir edən kəskin yoluxucu xəstəlikdir. Hərarətin yüksəlməsi və ağız boşluğunun selikli qişasının, yelin və ətrafların dərisinin aftoz zədələnməsi ilə xarakterizə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR