İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqiçilərimiz Səmərqənd festivalnda Qran-pri mükafatı qazandılar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” (“Şark taronalari”) musiqi festifalının Qran-prisini Azərbaycan təmsil edən “Simurq” qrupu qazanıb.

Musavat.com Nuz.uz portalına istinadla xəbər verir ki, festivalda Özbəkistan, Latviya, Yaponiya, Yunanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Liviya, Ermənistan, İndoneziya, Pakistan, Çin, Misir, Kolumbiya, Hindistan, İran, Qazaxıstan, Nigeriya, Sudan, Azərbaycan, Monqolustan, Bolqarıstan, Malayziya, Fransa, Rusiya, Mali, Macarıstan kimi ölkələrin musiqiçiləri üç gün ərzində öz məharətlərini göstəriblər.

Bildirilir ki, Sahib Paşazadənin rəhbərlik etdiyi səlahiyyətli münsiflər heyəti ən yaxşıları seçməkdə çətinlik çəksə də, səslər aşağıdakı kimi bölünüb: üçüncü yeri Monqolustan müğənnisi Batbayar Batnyam, solist Maşu Kamazaki ilə Yaponiya milli musiqi qrupu və Rusiyadan olan Şimal xoru qrupu bölüşüb.

İkinci yeri Qazaxıstandan olan “Atamekan” qrupu və özbəlistanlı Əlişir Əhmədov və Fazilət Əhmədova dueti tutub. “Türkmənistan xalq musiqisi” qrupu birinci yerə layiq görülüb. Qran Pri Azərbaycandan gəlmiş “Simurq” qrupuna verilib.

Qeyd edək ki, tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.

Ansambla festivalın heykəlciyini və baş mükafatın sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə təqdim ediblər.

Bildirək ki, Qran-pri mükafatının məbləği 10 000 ABŞ dollarıdır.

Xatırladaq ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizi təmsil edən xanəndə Simarə İmanova ilk festivalda, tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın qalibi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR