İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühüm tapıntı... Arxeoloqlar açıqladı: 4300 ildir heç açılmayıb!

Misirdə kral məzarlarının yerləşdiyi tarixi Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 5-ci və 6-cı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,

Misir arxeoloqu, Qədim Əsərlər Naziri Zahi Havas mətbuat konfransında aparılan arxeoloji qazıntılar və tapılan yeni əsərlərlə bağlı açıqlamalar verib.

Qədim Sakkara bölgəsində arxeoloji tədqiqatlar aparan qrupdan məsul olan Havas, qazıntılar zamanı 4300 yaşı olduğu təxmin edilən mumiya, 9 heykəl və bəzi qiymətli əşyaların tapıldığını bildirib.

Havas tapılan əsərlərin 5-ci Fironlar sülaləsi (e.ə. 2487-2449) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.

Havas qeyd edib ki, sözügedən heykəllər əhəng daşından hazırlanıb və üzərində heç bir yazı olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilməyiblər.

Havas tapılan mumiya ilə bağlı, “Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. Bu, kral mumiyaları xaric olmaqla indiyə qədər tapdığımız ən qədim mumiyadır”,-deyə bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR