İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə 50 000 ukraynalını əl-ayaqsız qoyub

Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin 17 ayı ərzində 50 minə yaxın ukraynalı əl və ayaqlarını itirərək əlil qalıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzet bu informasiyanı dünyanın ən böyük protez istehsalçısı olan Almaniyanın “Ottobock” şirkəti və onun tibbi tərəfdaşlarının hesablamalarına söykənərək aldığını bildirir.

“WSJ”nin məlumatına görə, amputasiya olunanların faktiki sayı daha çox ola bilər, çünki protezlər vaxt aparır və bəzi qurbanlar yaralandıqdan sonra amputasiya olunmaq üçün həftələr və ya hətta aylar gözləyir. Bundan əlavə, protezlərin qiyməti 50 min avroya çata bilər, Ukrayna hakimiyyəti isə yaralanan hər əsgərə 20 min avroya qədər pul ödəyir. Mülki vətəndaşlar çox vaxt müalicə ala bilmir və onlar xeyriyyə təşkilatlarına müraciət etməyə məcbur olurlar.
Belə təşkilatlardan biri Kiyevdəki “Houp Foundation” təşkilatı müharibədə ağır yaralanan ukraynalıların sayının 200 minə çatdığını təxmin edir. Bunlardan 20 minə yaxını amputasiya tələb edən xəsarətlər alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR