İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənninin vida mərasimində İZDİHAM - Qızının halı pisləşdi

Bu gün mərhum müğənni Volkan Konakla vida mərasimi keçirilib. 

Sənətçi ilə viadalaşmağa gələnlər arasında həyat yoldaşı və övladları o cümlədən sənət caiməsinin tanınmış simaları yer alıb. 

İfaçının 35 illik ömür gün yoldaşı Selma Konak  "Mənə bunu necə etdin?" sözlərini söyləyərək fəryad edib.

Sənətçinin yasında onu sevən adi vətəndaşlar da iştirak ediblər. Polis dəfn mərasimində yaranan izdihamın qarşısını almaq üçün barrikadalar qurub. Lakin izdihamda yaralananlar olub və xəstəxanaya aparılıblar. 

Sənətçinin qızı Şimalın da qəfildən halı pisləşib. İzdihamdan uzaqlaşdırılaraq ona tibbi yardım göstərilib. 

 

Xatırladaq ki, ifaçının ötən gün Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.

Xəstəxanaya çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb./Baku.ws./

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR