İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənninin əl-ayaq və ağzını bağlayıb öldürdülər

Türkiyədə müğənni qətlə yetirilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbulun Kadıköy adlanan ərazisində Fənərbaxça məhəlləsində baş verib. Buradakı 15 mərtəbəli binanın 2-ci mərtəbəsində 40 yaşlı Çınar Ersanlının əlləri, ayaqları və ağzı bağlı meyiti tapılıb.

Məlumata görə, bir neçə gün Ersanlıdan xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gəliblər. Qapı bağlı olduğu üçün sındıraraq, içəri daxil olublar.

Qonşular hadisə ilə bağlı 2 nəfərdən şübhələniblər. Onların sözlərinə görə, mərhum həvəskar müğənni, həmçinin usta olub. Əvvəl evli olsa da, boşanıb. Dörd universitet bitirib.

Hazırad polis qatillərin tapılması üçün axtarış tədbirləri keçirir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR