Onlayn ictimai-siyasi qəzet
Hazırda "Fənərbağça"ya rəhbərlik edən Joze Mourinyo gələcək karyerasından danışıb.
Portuqaliyalı mütəxəssis avrokuboklarda çıxış etməyən kluba rəhbərlik etmək istədiyini bildirib:
“Fənərbağça"dan ayrıldığım zaman mənim üçün ən yaxşı seçim avrokuboklarda oynamayacaq kluba rəhbərlik etməkdir. Beləliklə, əgər iki ildən sonra İngiltərənin autsayder klubuna məşqçi lazımdırsa, mən hazıram”.
Xatırladaq ki, Mourinyonun “Fənərbağça” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Portuqaliyalı karyerası ərzində “Real Madrid”, “Porto”, “Çelsi”, “Mançester Yunayted” və “Roma” kimi klublarda çalışıb. (Publika.az)
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ