Onlayn ictimai-siyasi qəzet
Gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri ölkə ərazisi üzərində 115 ədəd Ukrayna PUA-sını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kurskda 109, Voronejdə 3, Moskva, Bryansk və Oryol vilayətlərinin hər biri üzərində isə 1 ədəd PUA vurulub.
Kursk qubernatorluğundan bildirilib ki, hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb, eyni zamanda, mülki infrastruktura ziyan dəyib, bir neçə binada yanğın olub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız tanınmış jurnalist-ekspert Fuad Abbasov Malikoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ