Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb:
"Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur".
Sobyanin əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.
Bildirilib ki, insidentlə əlaqədar Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb.//BAKU.WS
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ