İnsanlara hürriyət, millətlərə istiqlal!

"Morqlarımızda 1500 rus əsgərin cəsədi var" - Dnepr merinin müavini

Dnepr morqlarında 1500-dən çox rus əsgərinin cəsədi var ki, heç kim onları götürmək istəmir.

AzVision.az xəbər verir ki, bu barədə Dnepr şəhər merinin müavini Mixail Lısenko “Current Time” nəşrinə müsahibəsində deyib.

O, rus analarına çağırış edərək onları Ukraynada həlak olan həmin əsgərlərin cəsədlərini təhvil almağa çağırıb.

"İndi Dnepr meyitxanalarında heç kimin aparmaq istəmədiyi 1500-dən çox ölü rus əsgəri var. Onlar soyuducularda yatırlar. Ümid edirik ki, rus analarından kimsə gəlib böyütdükləri oğlunu götürəcək. Bizim artıq dörd soyuducumuz rus əsgərlərinin meyitləri ilə dolub. Hər halda bunlar kiminsə uşaqlarıdır. Onları anaları böyüdüb, sevib, sentyabrda birinci sinifə onlarla birgə məktəbə gedib. Oğullarının meyitlərini aparmağa gəlsələr belə, biz bütün bunları təşkil edəcəyik", - Lısenko deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR