İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Ulu Öndərin Səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Səfirliyin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, Kişineu şəhərində yaşayan həmvətənlərimiz, eləcə də, burada təhsil alan tələbələr iştirak ediblər.

İlk növbədə, MAK-ın sədri Elçin Bayramov çıxış edərək, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib. Eləcə də, Elçin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən növbəti ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb. Çıxışının sonunda Elçin Bayramov Səfirliyə toplaşan soydaşlarımızın Azərbaycançılıq ideologiyası sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Tədbirdə Diasporun aktiv üzvü, şair Yasin Seyidov müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötməsinə baxmayaraq, Azərbaycan xalqının Ulu Öndərin misilsiz xidmətlərini hər an yüksək qiymətləndirdiyi, həmçinin onun əziz xatirəsini uca tutduğu və minnətdarlıqla andığını bildirib.

Daha sonra Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin diplomatı İlqar Fərəcov çıxışında, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, hakimiyyətinin birinci və ikinci dövründə gördüyü işlərdən, həmçinin misilsiz xidmətlərindən bəhs edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR