Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın xarici əlaqələr, əməkdaşlıq və inkişaf üzrə dövlət katibi Devid Lemmi ilə telefon danışığı aparıb.
Musavat.com bildirir ki, rəsmi məlumata görə, söhbət zamanı regional məsələlər, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinə dair proseslər müzakirə olunub.
Mirzoyan görüş zamanı özünü sülh tərəfdarı kimi təqdim edərək Ermənistanın guya “səmimi və ardıcıl” şəkildə sülh müqaviləsinin imzalanmasına çalışdığını bildirib və bu istiqamətdə Böyük Britaniyaya dəstəyinə görə təşəkkürünü ifadə edib.
Lakin bu açıqlamalar fonunda Ermənistan tərəfinin sərhəd bölgələrində atəşkəsi pozması, təxribat xarakterli hərbi fəaliyyətlərə yol verməsi və şübhələr var ki.ş, Rusiya ilə koordinasiyalı şəkildə vəziyyəti gərginləşdirməsi ciddi suallar doğurur. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan danışıqlar masasında sülhdən danışsa da, real sahədə bunun əksini nümayiş etdirir.
Nazir Mirzoyan söhbət zamanı həmçinin, Azərbaycanın guya atəşkəsi pozduğu iddialarını gündəmə gətirib və birgə istintaq mexanizmi təklif etdiklərini, lakin Bakıdan cavab almadıqlarını bildirib. Bu isə Ermənistanın hər zamankı informasiya manipulyasiyası və özünü beynəlxalq ictimaiyyətə “qurban” kimi təqdim etmə cəhdlərindən biridir.
Qeyd edilməlidir ki, təklif edilən mexanizmlərin arxasında Ermənistanın öz məsuliyyətini ört-basdır etmək və atəşkəs pozuntularında Azərbaycanı ittiham etməyə çalışmaq taktikası dayanır. Ciddi şübhələr var ki, son gərginliklər fonunda Ermənistan sərhəddə atəşkəs rejimini məhz Rusiya hərbi-siyasi dairələrinin dəstəyi ilə pozaraq danışıqlara olan inamı, etimad mühitini sarsıdır, zamanı uzadır.
Bu ikili yanaşma — bir tərəfdən sülh mesajları vermək, digər tərəfdən isə təxribatlara imza atmaq – Ermənistanın regionda sabitlik deyil, etibarsızlıq və manipulyasiyaya əsaslanan bir xətt tutduğunu bir daha sübut edir.
Üstəlik, bu danışıq zamanı COP17 tədbirinin Ermənistanda keçirilməsi məsələsi də müzakirə olunub. Bu tədbiri özünü dünyaya açıq və sabit ölkə kimi təqdim etmək üçün alətə çevirməyə çalışan Ermənistan, əslində sərhəddəki davranışları ilə sülh gündəminə zərbə vurur.
Musavat.com
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ