İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan şirniyyatları çox xoşuma gəldi"

Azərbaycan şirniyyatları çox xoşuma gəldi.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycanda qarşıladığı ilk Novruz bayramı barədə təəssuratlarını bölüşüb:

"Şirniyyatlarınızdan dadmaq imkanım oldu. Mənə Azərbaycan barədə sual verilsə, Avropanın ən gözəl 20 ölkəsindən biri olduğunu söyləyəcəm. Bakıda təhlükəsiz şəkildə, gəzmək, yaşamaq mümkündür. Fürsətdən istifadə edib, bir daha Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. İnanıram ki, bayram əhval-ruhiyyəsi Haiti üzərində qələbə qazanmağımıza yardımçı olacaq".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti görüşü saat 21:45-də başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR