Onlayn ictimai-siyasi qəzet
Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – Paşinyan qeyd edib.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ