Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu ad günü münasibətilə təbrik edib və ikitərəfli siyasi dialoq çərçivəsində gündəliyi müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə Mirzoyan öz sosial media hesablarında məlumat verib.
Bundan əlavə, Ermənistan mətbuatının yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan bütün dövlət qurumlarına Rusiya ilə əlaqələri bərpa etməyi və ortaq tədbirlərdə iştirak etməyi tapşırıb.
Musavat.com
22 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ