İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Zati-aliləri.

Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.

Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR