Onlayn ictimai-siyasi qəzet
Rusiyadan Suriyaya ilk dəfə neft tədarükü həyata keçirilib.
Musavat.com-un məlumatına görə, Aquatica adlı neft tankeri 99 771 ton xam neftlə ölkənin əsas neft terminalı olan Baniyasa çatıb. Bu, Suriya hökumətinin məlumatına əsasən, Bəşər Əsədin devrilməsindən sonra Rusiyadan edilən ilk neft tədarüküdür.
Reuters xəbər verir ki, ABŞ sanksiyalarına məruz qalan iki tanker ilk dəfə olaraq Rusiyanın Arktik neftini Suriyaya çatdırmalıdır.
Məlumata görə, Aquatica gəmisi 21 mart cümə axşamı Baniyasa çatsa da, hələ də boşaldılmayıb. İkinci tanker Sakina isə 100 000 ton xam neftlə Suriyaya doğru hərəkət edir və 25 mart tarixində Baniyasa çatacağı gözlənilir.
Rusiyanın Arktik neftinə alıcı tapmaqda çətinlik çəkdiyi bildirilir. ABŞ-ın yanvar ayında tətbiq etdiyi sanksiyalar xüsusilə "Qazprom Neft" və xam neft daşıyan tankerlərə təsir edib.
Suriyanın isə hazırda ciddi yanacaq çatışmazlığı yaşadığı qeyd olunur. İranın neft tədarükünü dayandırmasından sonra ölkənin ən böyük neftayırma zavodu olan Baniyas 2024-cü ilin dekabrında fəaliyyətini dayandırıb. Rusiya ilə əldə edilən bu yeni tədarük razılaşması, Suriyanın enerji böhranını yumşaltmaq məqsədi daşıyır.
Musavat.com
22 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ