İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ özünü Rusiyadan qorumağa tam hazır olmalıdır – Tusk

Avropa İttifaqı liderləri 2030-cu ilə qədər bloku Rusiya təhdidlərindən tam qorumaq üçün müdafiə qabiliyyətlərini artırmağı öhdəsinə götürüb. Bu barədə Polşanın Baş naziri Donald Tusk Aİ sammitindən sonra çıxışında bildirib.

Musavat.com-un məlumatına görə, Avropa Komissiyası tərəfindən təklif olunan beşillik müdafiə planı bəzi ölkələr tərəfindən tərəddüdlə qarşılanıb. Xüsusilə, hazırda müdafiə xərclərinə daha az vəsait ayıran dövlətlər bu sxemi qəbul etməkdə çətinlik çəkir.

“Pərdəarxasında bu məsələ bəzi emosiyalar doğurdu, xüsusilə də müdafiəyə az vəsait ayıran ölkələrdə. Hələ də çox az xərcləyən bəzi böyük ölkələr var və onlar daha çox xərcləmək istəmirlər. Hələ ki… Lakin biz Danimarka və İsveçlə birlikdə bu mövqedə idik ki, Rusiyanın bu gün üstünlüyü nə qədər böyükdürsə, biz bir o qədər sürətli hərəkət etməliyik”, – deyə Tusk vurğulayıb.

O bildirib ki, NATO-nun yeni baş katibi Mark Rüttenin analizinə əsasən, Rusiyanın Ukraynada itirdiyi hücum gücünü bərpa edib Avropaya təhdid yaratması üçün təxminən beş il vaxtı var. Məhz bu səbəbdən Avropa 2030-cu ilə qədər öz müdafiə potensialını tam formalaşdırmalıdır.

Bununla belə, Tusk 2030-cu ildə Rusiyanın Aİ-yə hücum edəcəyi ilə bağlı gözləntilərin olmadığını aydın şəkildə ifadə edib.

“Əsas məsələ Avropanın özünü müdafiə etməyə və Putini çəkindirməyə qadir olmasıdır. Bu, sadəcə müdafiə məsələsi deyil. Burada əsas məqsəd qərarlarla və real güclə göstərməkdir ki, Putin rejiminin Avropa qarşısında heç bir şansı yoxdur. Avropanın vahid və güclü silahlanması müharibənin qarşısını almağın yeganə effektiv yoludur”, – deyə Tusk əlavə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR