Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusif Varşavada konsert proqramı ilə çıxış edib.
Musavat.com xəbər verir ki, konsert şəhərin mərkəzində yerləşən OCZKI klubunda baş tutub və yerli azərbaycanlı icması ilə yanaşı, müxtəlif millətlərdən olan musiqisevərləri bir araya gətirib. 28 May – Müstəqillik Günü münasibətilə soydaşlarımız ilə bir araya gələn Miri Yusif səhnədə DJ China ilə birlikdə çıxış edərək, həm yeni, həm də illərdir sevilən hitlərini ifa edib. Repertuarında “Ağ təyyarə”, “Karma” və “Sənin üçün” kimi məşhur mahnılar yer alıb.
Konsertin təşkilatçıları tədbirin yüksək səviyyədə keçməsi üçün xüsusi səhnə və səs texnologiyaları tətbiq ediblər. Tamaşaçılar Miri Yusifin canlı ifasına böyük coşqu ilə qoşulublar və konsert boyu müğənni ilə birlikdə mahnılar səsləndiriblər.
Könül
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ