Onlayn ictimai-siyasi qəzet
Stavropol şəhərində çoxmərtəbəli yaşayış binasının yaxınlığında qumbara partlayışı baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə nəticəsində iki nəfər ölüb. Həlak olanlar partlayışdan əvvəl binanın qarşısındakı skamyada əyləşərək spirtli içki qəbul ediblər.
Daha sonra Stavropol diyarının rəhbəri Vladimir Vladimirov təsdiqləyib ki, ölənlər arasında Stavropol merinin müavini Zaur Qurtsiyev də var.
"Agentstvo" nəşrinin məlumatına görə, Qurtsiyev Mariupol uğrunda döyüşlərin hava hücumları hissəsinə rəhbərlik edib. Bu hücumlar zamanı minlərlə insan həlak olub.
Rusiya ordusunun Ukraynaya müdaxiləsində iştirak edənlər üçün nəzərdə tutulmuş “Qəhrəmanların vaxtı” proqramının saytında Qurtsiyev haqqında qeyd olunur ki, o, raketlərin hədəfə yönəldilməsi texnologiyasına öz işlərini tətbiq edərək, onların dəqiqliyini və effektivliyini dəfələrlə artırıb.
Bu texnologiya vasitəsilə “Azov” alayının təchizat bazası da məhv edilib.
İqbal RZAYEV,
Musavat.com
31 May 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ