İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdən dəhşətli xəbər gəldi: ölən və yaralılar var - FOTO

Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

"VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.

Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

***

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAI markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR