İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis bölməsindən paylaşdığı BU GÖRÜNTÜLƏR qalmaqala səbəb oldu - VİDEO

Türkiyədə polis bölməsi olduğu iddia edilən məkanda çəkilən və “Həbsxanaya getmək bu günlər dəbdədir” qeydi ilə paylaşılmış video sosial mediada geniş müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, gənc qızın paylaşımı istifadəçilərin kəskin reaksiyasına səbəb olub.

Bəzi izləyicilər videonun gerçək olmasından narahat olduqlarını bildirərək, “Ümid edirəm ki, bu, real deyil”, “Polis bölməsi yox, studiyadır”, “Məmurlar bu görüntülərə açıqlama verməlidir” kimi şərhlər yazıblar.

Görüntülərin həqiqətən rəsmi qurumda çəkilib-çəkilmədiyi hələlik məlum deyil. Hadisə ilə bağlı səlahiyyətli qurumlardan rəsmi açıqlama verilməyib. Sosial mediada isə məsələ ilə bağlı izahat tələbləri artır.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR