İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

Türkiyəli keçmiş model və aktrisa Didem Uzel sosial şəbəkədə yaydığı emosional video ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, avtomobil sürərkən təsadüfən çəkdiyi görüntülərdə o, ABŞ-yə geri dönüş qərarının çətinliklərindən danışıb.

Oğlu Aslanın üzülməməsi üçün gizlicə ağladığını bildirən Uzel, İstanbuldan tam ayrılmadıqlarını və iki ölkə arasında yaşamlarını davam etdirəcəklərini vurğulayıb.

2012-ci ildə iş adamı Səlim Sarı ilə ailə quraraq ABŞ-yə köçən, 2016-cı ildə oğlu Leo Aslanı dünyaya gətirən Uzel, son illərdə Türkiyədə yaşayırdı. Lakin həyat yoldaşının işi səbəbilə ailə yenidən Nyu-Yorka dönür. Uzel, "Bu dəfə evimizi tam köçürmürük, İstanbul da həyatımızın bir parçası olaraq qalacaq," deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR