Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərində yaşayan mütəşəkkil cinayət təşkilatının lideri Sedat Peker üçün ailəsi tərəfindən ad günü şənliyi təşkil edilib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Pekerin ailəsi ilə birlikdə doğum gününü qeyd etdiyi anlar əks olunub.
Gecədə səsləndirilən mahnıda “Dönüşüm möhtəşəm olacaq” sözləri xüsusi diqqət çəkib. Bu ifadə Pekerin gələcək planlarına eyham kimi şərh olunub. Tədbirdə onun həyat yoldaşı və övladları da iştirak edib.
Mərasim uzun müddətdir görüntülənməyən Sedat Pekerin ilk dəfə ortaya çıxması baxımından da maraq doğurub.
Sözügedən görüntüləri təqdim edirik.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ