Onlayn ictimai-siyasi qəzet
İsrail-İran münaqişəsinin 12-ci günündə əldə olunan atəşkəsin davam etdiyi bir vaxtda, İsrailin müdafiə naziri İsrael Katzın canlı yayımda verdiyi açıqlamalar beynəlxalq səviyyədə rezonans doğurub.
Musavat.com xəbər verir ki, Katz verdiyi müsahibədə Katz gərginliyin zirvəsində İranın dini lideri Ayətullah Əli Xamneyini öldürmək istədiklərini bildirib.
“Biz Xamneyini hədəf almaq istədik, lakin əməliyyat şəraiti uyğun olmadı,” – deyə o qeyd edib.
Katz əlavə edib ki, bu əməliyyat üçün ABŞ-dən icazə almağa ehtiyac duymayıblar.
Nazir həmçinin vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı hər hansı irəliləyişi olarsa, İsrail təkrar hücum üçün Vaşinqtondan “yaşıl işıq” alıb.
“İsrail özünü təhlükədə hiss edərsə, tərəddüd etmədən yenidən hücum edəcək,” – deyə o bəyan edib.
Katz-ın sözlərinə görə, ilk hücum zamanı İnqilab Keşikçiləri Korpusunun liderlərinə zərbələr endirilib və Tehran bu boşluğu doldurmaqda çətinlik çəkir. Bu açıqlamalar həm regionda, həm də beynəlxalq miqyasda gərginliyin yenidən alovlanması ilə bağlı narahatlıqlar doğurub.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ