İnsanlara hürriyət, millətlərə istiqlal!

3-cü mərtəbədən yıxılan hamilə qadının GÖRÜNTÜLƏRİ YAYILDI

Türkiyənin Qaziantep şəhərində 3-cü mərtəbədən yıxılaraq həyatını itirən və 2 aylıq hamilə olan Emel Akbaş Bayhanın təhlükəsizlik kamerası görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Vergilər İdarəsində mütəxəssis işləyən Emel Akbaş Bayhanın hadisədən öncə həyat yoldaşı ilə mübahisə etdiyi bildirilib.

Emel Akbaş Bayhanın ailəsi hadisənin intihar yox, qətl olduğunu iddia edir.

Əldə edilən məlumata görə, 38 yaşlı qadın əri ilə birlikdə yaşayırdı. Hadisə yerinə çağırılan təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılan qadın orada vəfat edib. Yaxınları daha əvvəl cütlük arasında məhkəmə qərarı ilə ayrılıq və zorakılıq halları olduğunu, lakin sonra birlikdə yaşamağa davam etdiklərini açıqlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR