İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda ÇEVRİLİŞ HAZIRLIĞI başladı: Xameneidən sonra hakimiyyətə O GƏLƏCƏK – detallar CANLIda

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın analitik məqaləsində deyilir.

İran üzrə mütəxəssis Rey Takeyxin fikrincə, SEPAH-ın çevriliş etmə ehtimalı yüksəkdir:

“Xameneinin gücü əsasən SEPAH-ın sədaqətinə əsaslanır. Xamenei devrilərsə və ya aradan götürülərsə, böyük ehtimalla İnqilab Keşikçiləri Korpusu işə qarışacaq, yeni lider təyin edəcək və bununla da görünməmiş güc qazanacaq. Bu hadisədən sonra İranda qüvvələr nisbəti ordu və Keşikçilər Korpusunun xeyrinə dəyişəcək”.

Nəşr yazır ki, SEPAH 1979-cu ildə yarandığı gündən İran silahlı qüvvələrinin ən güclü qolu hesab edilir:

“Ölkənin milli ordusundan ayrı olan İnqilab Keşikçiləri daha güclü sayılır. Öz quru qoşunları, donanması, hərbi aviasiyası, kəşfiyyat və xüsusi təyinatlı qüvvələri olan İnqilab Keşikçiləri Korpusunun ümumilikdə 125 min personalı olduğu təxmin edilir.

Xüsusi ordu İranın iqtisadi sisteminə, siyasi işlərinə və ictimai quruluşuna dərindən kök salıb.

Parçalanmış ölkədə SEPAH zamanla ən güclü aktor kimi ortaya çıxıb. İnqilab Keşikçiləri Korpusu neft-qaz, tikinti və telekommunikasiya da daxil olmaqla, bütün əsas infrastruktur sektorlarında üstün mövqedədir. İstehlak mallarının ticarətinə nəzarət edən özəl hərbi təşkilatın kənd təsərrüfatından tutmuş turizmə qədər hər sahədə yüzlərlə törəmə müəssisəsi fəaliyyət göstərir”.

ABŞ analitiklərinin təhlillərinə görə, İsrailin son hücumları hakimiyyətin İranda elit hərbi qüvvələrin əlində cəmləşməsinə səbəb ola bilər.

İranlı ekspert Əli Əlfonenin sözlərinə görə, ölkədə milyonlarla insan SEPAH-ın təsiri altındadır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR