Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müstəqillik tarixində belə hadisə ilk dəfə baş verir.
Musavat.com xəbər verir ki, bir tərəfdə ruhani şəxslər və yüzlərlə inanclı vətəndaş, digər tərəfdə isə polis qüvvələri və xüsusi təyinatlı dəstələr.
Eçmiədzində gərginlik pik həddə çatıb. Etirazçılar kilsə darvazalarını sındırıb, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanır. Ruhani rəhbərlər hüquq-mühafizə orqanlarının hərəkətlərini “ədalətsizlik” adlandırır və müqəddəs məkanı müdafiə etmək üçün insanları səfərbərliyə çağırır.
Şahidlərin sözlərinə görə, hadisə Ermənistan cəmiyyətində böyük rezonans doğurub. Etirazçılar “Bu bizim kilsəmizdir!” deyə qışqırır, polis isə ərazini nəzarət altına almağa çalışır.
Ekspertlər bildirir ki, belə bir qarşıdurma Ermənistan tarixində indiyə qədər görünməyib və ölkə daxilində ciddi siyasi və ictimai böhranın xəbərçisidir.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ