İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur milyarderin 20 milyonluq toy mərasimi gündəm oldu - Detallar mediaya sızdı

Milyarder iş adamı Ceff Bezos və nişanlısı Lauren Sanchez İtaliyanın Venesiya şəhərində 20 milyon dollara başa gələn möhtəşəm toy mərasimlərinə start verib.

Musavat.com xəbər verir ki, üç gün davam edəcək şənliklərin ilk günündə romantik musiqilər fonunda keçirilən kokteyl gecəsi təşkil olunub.

Toya təxminən 200 dəvətlinin qatılacağı gözlənilir. Toy mərasiminə erməni porno ulduz Kim Kardaşyan da ailəsi qatılıb. Erməni porno ulduz mərasimə qatıldığı ilk andan etibarən mətbuatın diqqət mərkəzinə düşüb. Kim Kardaşyan göbəyi açıq geyimi və ilan dərisi çəkmələri ilə diqqət çəkib.

İş insanı Jeff Bezos'un masalsı düğünü başladı! Kardashianlar Venedik'i salladı

Toy məkanında güclü təhlükəsizlik tədbirləri görülüb, giriş-çıxışlar ciddi nəzarətdədir. Venesiyaya 90-a yaxın özəl təyyarənin enəcəyi gözlənilir.

Cütlüyün toyunun bir hissəsini keçirməyi planlaşdırdığı Madonna dell'Orto kilsəsi isə hazırda restavrasiya altındadır. Bezosun bu məkanı internetdən bəyəndiyi, lakin təmir işlərini əvvəlcədən nəzərə almadığı bildirilir.

A-list stars arrive in Venice for Jeff Bezos and Lauren Sanchez's wedding

Toyun təfərrüatları gizli saxlanılsa da, qonaq siyahısının səhvən sızması nəticəsində tədbirlə bağlı məlumatlar mediaya yayılıb.

Lakin Venesiya kimi tarixi və həssas bir şəhərdə bu qədər təmtəraqlı və kütləvi toyun keçirilməsi İtaliya ictimaiyyətində və parlamentində tənqidlərə səbəb olub. Şəhərin “zənginlərin əyləncə parkına çevrilməsi” narazılıq yaradıb.

Qeyd edək ki, toy mərasimləri şənbə gününə qədər davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR