İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli-azadlıq hərəkatının liderlərindən olan Nəsir Ağayev vəfat etdi

Milli Azadlıq Hərəkatının öncüllərindən biri, Bakı Kəndlər Birliyinin sədri Nəsir Ağayev vəfat edib. Bu barədə jurnalist Aygün Muradxanlı sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, uzun illər fiziki məhdudiyyəti olmasına baxmayaraq, ölkəmizin demokratikləşməsi, torpaqlarımızın müdafiəsi yolunda yorulmadan çalışan Nəsir Ağayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, N.Ağayev Bakı kəndlərində xüsusi nüfuza malik şəxs idi.

Allah rəhmət eləsin.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR