İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: "İsrail Prezidentinin Azərbaycana səfəri təkcə siyasi deyil, həm də... "

"İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-starteji münasibətlərin inkişafı baxımdan da vacibdir".

Musavat.com bildirir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur:

"İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.

Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb.

İsrail Vətən Müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir. Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun".

Xatırladaq ki, İsrail dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana gəlib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR