İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Ermənistandan qovulmuş azərbaycanlılardan DANIŞDI

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdəki çıxışında Qərbi Azərbaycan mövzusunda danışıb.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, dünən Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb: “Müraciətin BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılması xüsusilə əhəmiyyətlidir”.

Ə.Ələkbərli bir məsələyə də diqqət çəkib: “İlk dəfədir ki, indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi bu səviyyədə beynəlxalq müstəviyə gətirilir. Bu, Azərbaycan xarici siyasətinin növbəti uğurudur və mən bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”. 

Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının işlər planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsi də daxil edilsin: “Elə hesab edirəm ki, qaçqınlarımızın statusu ilə bağlı Qanuna ediləcək dəyişiklik Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da mühüm töhfə olacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR