İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikoyanın himayəsi - iki dəfə edamdan qurtulan Baqramyan, qızıl medal qazanan Simonyan

Ölkə daxilində bir-birini didmələrinə baxmayın, xaricdə ermənilərin bir-birini necə qoruması, himayə etməsi, irəli dartması çoxdan bəlli faktdır.

Onlar ən qatı canilərini də aşırı canfəşanlıqla müdafiə edir, məsuliyyətdən yayındırmağa çalışırlar.

Siz təsəvvür edin, amansız Stalinin qılıncının kəsərli vaxtında ondan “ilişmiş” soydaşlarının əfvini xahiş edən və bir çox hallarda buna nail olan yeganə şəxs Anastas Mikoyan olub.

Ordzhonikidze,_Stalin_and_Mikoyan,_1925.jpg (26 KB)

Düzdür, o Levon Mirzoyan və satqınlığı, xəyanəti şübhə doğurmayan bir çox erməni kadrları Stalinin gülləsindən xilas edə bilməyib, amma məsələn, daşnak ordusunun zabiti, sonradan isə sovet marşalı olmuş Baqramyanı edam cəzasından qurtara bilib.

Yoxsa Baqramyanı “30-cu illər təmizləməsi” zamanı güllələyəcəkmişlər. Çünki onun keçmişi ləkəli olub. Bu xüsusda vikipediyada Baqramyanın avtobioqrafiyasında maraqlı qeydlər var: “Fevral inqilabından (1917) sonra Baqramyan erməni Daşnaksütyun partiyasını dəstəkləyib və ona üzv olub. 1917-ci ilin dekabrında rus ordusundan tərxis olunub və Ermənistan müstəqillik əldə edildikdən sonra erməni ordusuna qoşulub. O, general Movses Silikyanın komandanlığı altında Birinci Ermənistan Respublikasının erməni diviziyasının 3-cü piyada və 1-ci süvari alaylarının tərkibində türk qoşunlarına qarşı döyüşlərdə iştirak edib. O, bir rotaya, süvari eskadronuna komandirlik edib və leytenant rütbəsinə yüksəlib. 1920-ci ilin noyabrında əhalinin daşnaklara qarşı hərəkətlərinə dəstək verdiyinə görə, öz təbirincə, etibarsız kimi ehtiyata götürülüb”.

Əslində isə bu riyakar adam daşnak hökumətinin süqutunun qaçılmaz olduğunu görüncə bayraq, mövqe, poqon dəyişdirərək yeni hökumətin qulluğuna keçib.

Ermənilərin özlərinin Baqramyan haqqında yazdığı vikipediya məlumatlarında oxuyuruq: “1920-ci ilin dekabrında daşnak hökumətinə qarşı üsyançılara qoşulub, elə həmin ay 1-ci erməni alayının eskadron komandiri kimi könüllü olaraq Ermənistanın qırmızı ordusuna daxil olub. 11-ci orduda komandir vəzifələrində daşnakların silahlı dəstələrinin ləğvində və Şimali Ermənistanda, sonra isə Gürcüstanda sovet hakimiyyətinin qurulmasında iştirak edib”.

Söhbət dünənə qədər çiyin-çiyinə vuruşduğu döyüş dostlarını, soydaşlarını təqib edərək qırıb-çatan bir adamdan gedir.

90009.jpg (47 KB)

 


Baqramyanın dəyişdirdiyi şey təkcə bunlar deyil, o, öz Ovanes adını İvan, atası Xaçaturun adını isə sənədlərində Xristofor yazdıraraq, ruslara bir köynək yaxın olduğunu, onlardan bir olmaq istədiyini göstərib.

İndi baxaq görək hansısa bir Müsavat zabiti və gürcü eserlərinə işləmiş hərbçi sovet ordusunun generalı, marşalı ola bilibmi. Rütbə almaları o yana dursun, heç biri başının salamatlığını qoruya bilməyib. Hamısı ya didərgin düşüb, ya güllələnib, ya da sürgünlərdə məhv olub. Çünki onların Mikoyan kimi hamisi olmayıb. Amma daşnak Baqramyan öz himayədarının sayəsində gəlib sovet marşalı olub, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı alıb, bunlardan da başqa bir eşşək yükü orden-medallarla təltif olunub.

Yeri gəlmişkən, onun ikinci dəfə qəhrəman ulduzu alması (1977) da, marşal rütbəsinə layiq görülməsi (1955) də Stalinin ölümündən sonra baş verib. Erməni mənbələr Stalinin guya Baqramyanın hərbi bacarığını yüksək qiymətləndirdiyi barədə yalanlar uydursalar da, fakt odur ki, Stalinin ondan zəhləsi gedib. Hətta 1942-ci ilin yazında Xarkov istiqamətində faşistlərin üzərinə fəlakətlə nəticələnən hücumdan sonra Baqramyan yenidən hərbi tribunala verilmək təhlükəsi yaşayıb. Həmin kampaniyada 240.000 sovet əsgəri əsir düşüb, 1200-dən çox sovet tankı vurulub, alman ordusu Qafqaza doğru irəliləmək imkanı qazanıb. Stalin Baqramyanı uğursuzluğun baş baiskarı elan edib, ancaq bu dəfə də onu marşal Jukov xilas edib (böyük ehtimalla Mikoyanın xahişi ilə), Stalinə deyib ki, orduda hazırlıqlı kadrlar çatışmır, üstəlik, bu işdə Xruşovun və general Timoşenkonun da rolları olub.

Beləcə, şanslı Baqramyan canını qurtara bilib.

Ancaq 1944-cü ildə Baltik dənizi sahilinin faşistlərdən xilas edilməsi zamanı Baqramyan şəxsi gözəgirənliyi üzündən Stalinin yanında yenidən pis vəziyyətə düşüb. Sovet ordusu Baltik dənizinə çıxış əldə edərkən Baqramyan bir butulkaya Baltik suyu doldurdub və yavərinə verib ki, apar Kremldə Stalinə ver və məruzə et ki, artıq sovet ordusu Baltik dənizinə çıxıb. Yavər Moskvaya gəlməkdə ikən nasist ordusu hücuma keçib və Baqramyanın qoşununu geri oturdub. Bu barədə Stalinə məruzə edilib. Baqramyanın yavəri Stalinin qəbuluna düşüb butulkanı təqdim edərkən Stalin ona deyib: “Apar bu şüşəni ver Baqramyana, de ki, haradan götürübsə, ora da boşaltsın”.

niksimon.jpg (114 KB)

Mikoyanın erməni himayədarı olmasına gəlincə, sovet dönəmində nə qədər qabağa gedən, məşhurlaşan, böyük vəzifə tutan, yüksək rütbə alan, ağır cəzadan qurtulan erməni varsa, hamısının himayədarı məhz o olub. O, hətta Melburn olimpiadasında (1956) sovet futbolçularının oynadığı final matçında da komandanın heyətinə müdaxilə edib, son oyunda komandanın lideri, bombardiri Eduard Streltsovun yerinə onun göstərişi ilə meydana Nikita Pavloviç Simonyan (əsl adı Mkrtıç Poqosoviç) buraxılıb və qızıl medalın sahibi Simonyan olub (o vaxt qayda beləymiş ki, medalları yalnız meydana çıxanlara verirmişlər).

Gənc nəslin bunları əzbər bilməsi lazımdır ki, necə bir mütəşəkkil və məkrli qövmlə, yumşaq desək, çəkişmə-dartışmada olduğumuzu anlasınlar.

Araz Altaylı, Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR