Onlayn ictimai-siyasi qəzet
Türkiyənin sabiq xarici işlər naziri, hazırda NATO nümayəndə heyətinə rəhbərlik edən diplomat Mövlüt Çavuşoğlunun atası Osman Çavuşoğlu bu gün böyük izdihamla son mənzilə yola salınıb.
Musavat.com xəbər verir ki, dəfn mərasimi siyasi və ictimai çevrələrin geniş iştirakı ilə keçirilib. Türkiyənin hazırkı xarici işlər naziri Hakan Fidan sələfi Mövlüt Çavuşoğlunu tək buraxmayaraq mərasimdə iştirak edib.
Eyni zamanda sabiq nazirlər Süleyman Soylu, Abdülhamit Gül, Nihat Zeybekçi və Mehmet Kasapoğlu da mərasimdə iştirak ediblər. Siyasət və idman cameəsindən tanınmış şəxslərlə yanaşı, Alanya və Antalya protokolu da tam heyətlə iştirak edib.
Osman Çavuşoğlunun vəfatı Çavuşoğlu ailəsinin yaxınları, dostları və ictimaiyyət arasında dərin hüzn doğurub.
Allah rəhmət eləsin.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ