İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni Vəfanı MƏHKƏMƏYƏ VERDİ

 

Müğənni Vəfa Şərofova məhkəməyə verilir.

Verilişlərin birində qonaq olan ifaçı bu barədə elə efirdə agah olub.

Belə ki, Şərifovanı həmkarı Vüsal Əliyev məhkəmə ilə hədələyib. Onu Vəfanı qanun qarşısında cavab verməyə dəvət etmək istəyi isə onların duet oxuduqları "Ömrüm" mahnısı ilə bağlıdır.

Aralarında yaranan soyuqluq səbəbindən Vüsal Əliyev sənətçiyə sözügedən mahnını təklikdə oxumasını qadağan edib.

Vəfa isə onunla birgə konsertdə səhnəyə çıxa bilməməsinə görə qarşı tərəfin belə reaksiya verdiyini bildirib:

"Həmin konsertin vaxtını öncədən razılaşdığımız müddətə qədər mənə bildirməli idi. Gördüm ki, xəbər çıxmır. Mən də həmin vaxta toy götürdüm. Başqa xanımla səhnəyə çıxacağını bilirəm. Konsert vaxtını mənə gec məlumat verdi"./Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR