Onlayn ictimai-siyasi qəzet
Ankara Respublika Baş Prokurorluğu tərəfindən bəzi dövlət qurumlarında rəhbər şəxslərin elektron imzalarını saxtalaşdıran, qurumların sistemlərinə icazəsiz daxil olan, saxta universitet məzuniyyət vəsiqəsi və sürücülük vəsiqəsi verən şəxslərə qarşı əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, 16 şəhərdə eyni vaxtda keçirilən əməliyyatda 58 şübhəli tutulub.
Həbs olunanlar arasında Türkiyə ictimaiyyətində həkim kimi tanınan Volkan Uçak da var. Yüksək ödənişlərlə hipnoz seansları təşkil edən Uçaka məxsus Ege Universiteti Psixologiya fakültəsi bakalavr diplomu və Klinik Psixologiya magistr dərəcəsi diplomunun saxta olduğu müəyyən edilib.
O, Türkiyədə bakalavr və magistr təhsili olmadığını etiraf edərək, Dublin Universitetini bitirdiyini iddia edib.
Rəsmi məlumatlar çərçivəsində Uçakın nə imtahan rekordu, nə də diplom qeydi olduğu və pul qarşılığında Ege Universitetindən diplom aldığı müəyyən edilib.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ