İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor vəfat etdi

"Cümə günü, 13-ü: Son fəsil" filmində qatil Ceyson Vurhis rolunu oynayan aktyor və kaskadyor Ted Uayt 97 yaşında vəfat edib.

Milli.Az bildirir ki, bu barədə IGN yazır.

Ulduzun ölümünü həmkarı Şon Klark açıqlayıb və əlavə edib ki, sənətçi evdə yuxuda dünyasını dəyişib. "Mən onu tanımaqdan və 20 ilə yaxındır onunla işləməkdən məmnunam. O, məni övladlığa götürən babam idi və tanış ola biləcəyiniz ən yaxşı hekayəçi oldu", - Klark deyib.

Ted Uayt 25 yanvar 1926-cı ildə ABŞ-ın Oklahoma ştatında anadan olub. Sənətçinin filmoqrafiyasında 45 film var. 1984-cü ildə "Cümə günü, 13-ü" filmində qatil rolunu oynamaqla yanaşı, o, "Tron", "X-Files", "Major League", "Romancing the Stone" və bir çox başqa filmlərdə də rol alıb.

Kaskadyor kimi Uayt "Meymunlar planeti", "Soylent Green" və "Qısa Qapanma" layihələrində iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR