İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni bağışla” - Nadirdən xanımına

“Bir neçə gündür ki, xanımım Sevinclə dalaşırıq. Uşaqlara görə söz-söhbət olur. Dünən xəstələnmişdim, axşam gəlib deyir ki, yatma, dərmanları iç. Aramızda nə qədər problem olsa da, məni çox istəyir”.

Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Proqramda kövrələn sənətçi həyat yoldaşı Sevinclə aralarında mübahisələrin yarandığını bildirib:

“Mən çöl adamı olmuşam, aqressivliyi evə gətirmişəm. İncitmişəm onu... Dünən deyə bilmədim, indi deyirəm: məni bağışla. Mənə də asan olmayıb”.

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.   (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR