İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məmurlar gəlib 2 gün evlərimizdə yaşasınlar, görək dözərlərmi?" - Binəqədi sakinlərindən ETİRAZ

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsindəki yeni yaşayış massivində yaşayan sakinlər yollarının bərbad və asfaltsız olmasından şikayətlənirlər.

TV Musavat-a danışan sakinlər bildirib ki, təxminən 2006-2007-ci illərdə formalaşan bu yaşayış massivində hazırda 60-dan çox ailə yaşayır. Ailələr illərdir ki, yolların bərbad olmasından əziyyət çəkirlər.

Sakinlər qeyd edib ki, xüsusən də qış aylarında yağan yağış, qar bu küçəni daha da keçilməz edir. Onlar bildirir ki, dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsələr də bir nəticə verməyib.

Məsələ ilə bağlı TV Musavat-ın hazırladığı videoreportajı təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR