İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Abbaszadə tənqidlərə cavab verib

“Biz tənqidləri araşdırırıq. Çox zaman da məlum olur ki, bu qınaqların əsası yoxdur”.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illlik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib.

O bildirib ki, çünki statistikalar bunu deməyə əsas verir.

“5900 nəfər apelyasiya ərizəsi yazıb. Baxın, 67 min imtahan veribsə və onlardan narazı qalanların sayı 5900 nəfərdirsə, bu heç 10% belə eləmir. Apelyasiya verənlərin arasında elə insanlar var ki, onlar ümumiyyətlə işlərini açıb baxmayıblar və yaxud da apelyasiya qaydalarına uyğun müraciət etməyib”, - Məleykə Abbaszadə qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR