İnsanlara hürriyət, millətlərə istiqlal!

Məlahət İbrahimqızıdan Avropaya ÇAĞIRIŞ

“Mən Laçın yolunda keçirilən sivil aksiyanı birmənalı olaraq dəstəkləyirəm”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib. O, seçicilərinin də aksiyanı müdafiə ilə bağlı mövqeyini çatdırıb.

Ermənilərin iddialarına gəldikdə, Məlahət İbrahimqızı bunları absurd və əsassız hesab edir.

Millət vəkili bildirib ki, Azərbaycanın ərazilərinə kimsənin sərbəst giriş-çıxışına, nəzarətsiz gəlişinə son qoyulmalıdır: “İranda, Cənubi Azərbaycanda 30 milyon azərbaycanlı var. Belə çıxır ki, biz buradan dəhliz açıb, Cənubi Azərbaycana getməliyik?”

Deputat qeyd edib ki, Laçın yolunda keçirilən aksiyada Azərbaycan xalqının tələbləri səslənir, xaricdən bu aksiyaya ermənipərəst münasibət bildirilməsi qəbulolunmazdır:

“Yaxşı olar ki, erməniləri müdafiə edənlər uzun illər Azərbaycana qarşı düşmənçilik münasibətində olan Avropa Parlamentinin vitse-spikerinin korrupsiya əlaqələrinə görə ittiham olunmasına diqqət yönəldərdi”.

Məlahət İbrahimqızı Avropanın aparıcı dövlətlərini 44 günlük müharibədən sonra ortaya çıxmış mina probleminin yaratdığı dəhşətli nəticələrin aradan qaldırılmasına diqqət yönəltməyə çağırıb. 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR