İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə imtahanların sayı azaldıla bilər

Azərbaycanda məktəblərdə imtahanların sayı azaldıla bilər.

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur:

"Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir".

Qeyd edək ki, 2018-ci ildəki qərara görə 1-ci sinifdə kiçik və böyük summativ qiymətləndirilmə aparılmır.

Kiçik summativ qiymətləndirmə (KSQ) 2 və 11-ci siniflərdə, böyük summativ qiymətləndirmə isə 4, 9 və 11-ci sinifdə bütün fənlər üzrə, 5,6,7 və 8-ci siniflərdə isə yalnız buraxılış imtahanları fənləri üzrə aparılır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR