İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə dini dərslər ayrıca fənn kimi keçiriləcəkmi? -Komitə sədri aydınlıq gətirdi  

"Bu gün Azərbaycanda həm orta məktəblərdə, həm də ali məktəblərdə dinlər haqqında məlumatlar verilir".

Musavat.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, orta məktəblərdə "həyat bilgisi" fənni tədris olunur: “Bu fənnin içərisində dinlər haqqında, o cümlədən İslam dini haqqında məlumatlar yer alıb. Dini Komitə Təhsil Nazirliyi ilə birgə müəyyən proqramlar üzərində işləyib. Həmin proqramlar dərsliklərdə öz əksini tapır. Ali məktəblərdə isə "multukultiralizmə giriş" fənni tədris olunur. Həmin fəndə bütün dinlər haqqında məlumatlar öz əksini tapıb. Təhsil ocaqlarında tələbələr dinlər haqqında məlumat əldə edə bilir".

Komitə sədri dinin ayrıca fənn kimi məktəblərdə tədrisi məsələsinə də münasibət bildirib. O deyib ki, ayrıca fənn dedikdə bunu bəzən başqa cür başa düşürlər:

"Söhbət dünyagörüşü səviyyəsində bilginin əldə edilməsindən gedir. Bütün dünyada dinlər haqqında bilgi orta məktəb proqramı çərçivəsində öyrənilir və öyrədilir. Bizdə də dünyagörüşü səviyyəsində tələbələrə, şagirdlərə çatdırılır".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR