Onlayn ictimai-siyasi qəzet
"Millət vəkili Əli Məsimli 3 uşaqlı ailə modelinin önəmindən danışıb. Əli Məsimli iqtisadçıdır, çox yaxşı olar ki, 3 uşaq üçün ailə büdcəsinin müəyyənləşməsi məsələsini də gündəmə gətirsin".
Musavat.com bildirir ki, bu fikirləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Hüquq müdafiəçisi çoxuşaqlı ailə modeli barədə qeyd edib:
"Ailədə 5 uşağın olmasını mən də dəstəklərdim. Böyük ailə modelini sevirəm. Təcrübə də göstərir ki, böyük ailələrdən olan uşaqlar bir-birinə daha çox dəstək və qayğı göstərir. Onlar arasında özünə qəsd, evdən qaçma, hansısa neqativlər az olur və hətta təhsilə maraq daha üstün olur. Əlbəttə, ailə başçıları uşaqları düzgün idarə etməyi bacaranda və onlar arasında vəzifə bölgüsünü düzgün təmin edəndə.
Amma yaxın vaxtlarda ailələrin 3 uşaq dünyaya gətirməsi müşkül məsələdir. Çünki uşaqlar üçün dəstək sistemi tam formalaşmayıb. Ya gərək ənənəvi ailə modeli geri qayıtsın, yəni ana evdə otursun, uşaqların tərbiyəsi ilə məşğul olsun, kişi isə işləsin.
Hazırkı iqtisadi çətinliklər isə ailə başçılarının hər ikisinin işləməsini tələb edir. Xüsusən də uşaqların normal təlim, təhsil, sağlamlıq və digər ehtiyaclarını ödəmək üçün ailə büdcəsinin mühüm hissəsi məhz uşaqlara xərclənir".
Xalidə Gəray
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ