İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Əlinin nəvəsi rəqibini nokaut etdi -VİDEO

Amerikalı boksçu Niko Uolş həmyerlisi Alexandro İbarranı məğlub edib.

Musavat.com xəbər verir ki, əfsanəvi boksçu Məhəmməd Əlinin 21 yaşlı nəvəsi qarşıdurmanın ilk raundunda rəqibini nokaut edib. Qələbə amerikalı üçün karyerasında ardıcıl beşinci olub.

İbarraya qarşı mübarizə Uolş üçün 2022-ci ildə ikinci olub. Yanvar ayında o, Ceremiya Yegeri nokaut etmişdi. Mübarizə ikinci raundda başa çatmışdı.

 
Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR