İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev: Zelenski Ukrayna münaqişəsinin həllini pozmaq üçün istənilən təxribata hazırdır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həllinin qarşısını almaq və müharibəni son ukraynalıya qədər davam etdirmək üçün istənilən təxribatı etməyə hazırdır.

Musavat.com xəbər verir ki, Medvedevin sözlərinə görə, Zelenski hərbi əməliyyatların dayanmasına mane olmaq məqsədilə müxtəlif addımlar ata bilər.

O, Ukrayna rəhbərliyini müharibəni uzatmaqda və sülh prosesinə mane olmaqda ittiham edib.

Onu da bildirək ki, Rusiya rəsmiləri dəfələrlə Qərbi və Ukrayna hakimiyyətini münaqişənin diplomatik yolla həllinə mane olmaqda günahlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR