İnsanlara hürriyət, millətlərə istiqlal!

Mediator olmaq istəyənlərin NƏZƏRİNƏ

Mediasiya Şurası zəruri ehtiyac olan və mediator olmayan - Ağdam, Şuşa, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Goranboy, Sabirabad, Saatlı, Şirvan, Kürdəmir, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Zərdab, Ucar, Yevlax, Neftçala, Ağdaş, Ağstafa, Şəmkir, Zərdab, Cəlilabad, Biləsuvar, Qobustan, Daşkəsən, Naftalan inzibati əraziləri üzrə mediatorların ilkin hazırlıq kursunda iştirak etmək arzusunda olanların müraciətlərinin qəbulunu davam etdirir.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq, Mediasiya Şurasının üzvü, yeganə mediasiya təlim qurumu kimi akkreditasiya olan Ədliyyə Akademiyası mediatorların ilkin hazırlıq kurslarını ödənişli əsaslarla həyata keçirir.

Aparılmış təhlillərə əsasən, təlimçilərin əməyi, habelə təlim prosesinin təşkili və həyata keçirilməsi üzrə xərclərin minimal həddi nəzərə alınmaqla, ödənişin məbləği hər namizəd üçün 280 manat məbləğində müəyyən edilib.

Namizədlər aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim etməlidirlər: 

1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;

2. Ali təhsil haqqında sənəd (sənədin əsli təqdim edilməmişdirsə, notarial qaydada təsdiq olunmuş surəti);

3. 3 illik stajı təsdiq edən sənəd (əmək kitabçasının əsli və ya kadrlar və ya notarial qaydada təsdiq olunmuş surəti yaxud iş yerindən arayış, vəkillik vəsiqəsi və yaxud elektron portaldan müvafiq çıxarış);

4. Məhkumluğun olmaması barədə arayış;

5. Sağlamlıq barədə tibbi arayış (quruma təqdim etməzdən əvvəl ən tezi 1 ay əvvəl alınmış);

6. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə).

Adları qeyd edilən ərazilər üzrə mediator olmaq istəyən vətəndaşlar yuxarıda tələb edilən sənədləri ilkin seçim üçün Mediasiya Şurasının qeyd edilən elektron poçt [email protected] ünvanına göndərə bilərlər.

Əlavə məlumat almaq üçün Mediasiya Şurası Çağrı Mərkəzinə (*1927; (012) 1927) müraciət edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR