İnsanlara hürriyət, millətlərə istiqlal!

Medianews.az saytının 12 yaşı tamam olur

Bu gün Medianews.az saytının 12 yaşı tamam olur.

23 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan “Medianews.az” hər zaman doğru və ciddi xəbərin, haqqı tapdalanan vətəndaşın, dövlətçiliyin və onun haqlı mövqeyinin yanında olub.

12 yaşına qədəm qoyan “Medianews.az” saytı öz oxucu əhatəsinə görə yetərincə yüksək nəticələr göstərir.

2022-ci ildə öz yubileyində yeni dizayn və yeni funksionallıqla izləyicilərinin görüşünə gələn “Medianews.az”ın redaksiya heyəti daim yeniliklərin axtarışında və tətbiqindədir.

“Medianews.az” ölkədaxili məsələlərlə yanaşı, dünyada baş verən ictimai və siyasi, maraqlı xəbərləri istehsal edir.

Saytda Rufik İsmayılov, Kamilə Orucova, Əli Əsgər, Ayşən Rəhim, Turan Oruc, Lamiyə Mirzəyeva, Vüqar Məmmədov, Nailə Qasımova kimi əməkdaşların müəllif yazıları ilə yanaşı, hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin, şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş və həyat yolu, tanınmış yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar, xəbərlər yer alır.

Saytın qurucusu və baş redaktoru Ələsgər Süleymanovdur.

Hazırda Medianews.az saytı 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanır. 2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvü, 2022-ci ildən MEDİA Agentliyinin tərəfdaşıdır.

"Yeni Müsavat" Media Qrupu olaraq biz də həmkarlarımızı təbrik edir, onlara bol-bol ziyarətçi və işlərində daimi uğur arzu edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR